Modern.az

Gədəbəydən Parisədək... - Modern.az-ın icmalı

Gədəbəydən Parisədək... - Modern.az-ın icmalı

Aktual

22 İyun 2023, 09:48

İyunun 21-də Gədəbəyin Söyüdlü kəndində xoşagəlməz hadisələr davam edib, hökumət insidentin araşdırılması üçün komissiya yaradıb, XİN başçısı Ceyhun Bayramov Londonda bir sıra görüşlər keçirib, Azərbaycan səfiri etimadnaməsini Zelenskiyə təqdim edib, Ukraynanın bərpası Konfransı keçirilib və digər vacib hadisələr baş verib.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenatı Elşad Hacıyev Gədəbəyin Söyüdlü kəndindəki hadisə ilə əlaqədar məlumat yayıb. O deyib ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir: "Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcəkdir". 

 

Hadisədən sonra Gədəbəyin icra başçısı Orxan Mürsəlov Söyüdlü kəndi ərazisində süni gölün tikintisinə etiraz edən sakinlərlə görüş keçirib. İcra başçısı sakinlərlə söhbət aparıb. O bildirib ki, gölün suyunun zəhərli olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib.

 

Ardınca Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

 

Mərkəzi Bankın (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.

 

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundova qondarma qətl ittihamı üzrə 20 il müddətinə həbs cəzası verilib. Zəngilanda ələ keçirilən erməni diversantların cinayət işi 21 iyun 2023-cü il tarixdə baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlz, britaniyalı həmkarı Ceyms Kleverli, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.

 

Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsini Prezident Volodimir Zelenskiyə təqdim edib. Səfir Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi təbriklərini çatdırıb və onların Kişineudakı son görüşlərinin məhsuldar keçdiyini, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edə bildiklərini qeyd edib: “Xüsusilə, biz Azərbaycanın İrpen şəhərinin bərpasında iştirakına razılaşdıq”.

 

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təlimi keçirilir.

 

Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sözlərinə görə, Azərbaycan ilə Ermənistan kommunikasiyaların açılması barədə razılığa gəliblər. O bildirib ki, kommunikasiyalarla bağlı təkliflərə Azərbaycan da razılıq verib. Qriqoryan vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin üçtərəfli görüşü keçiriləcək. Avropa Parlamentinin təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin sədri Natali Luise və komitənin nümayəndə heyəti Ermənistan-Azərbaycan sərhədinə gəlib. 

 

Avropa İttifaqının Ermənistandakı missiyası genişlənir. 20-dən çox yeni işçinin işə qəbulu elan edilib. Müqavilələr 2025-ci ilin fevral ayına kimi nəzərdə tutulub. Yeğeqnadzor, Cermuk, Gorus, İcevan və Qafanda da missiya fəaliyyət göstərəcək.

 

Dünən Rusiyanın Moskva vilayətinə dron hücumu qeydə alınıb. Səhər saat 5 radələrində Moskva vilayətininin Lukino yaşayış məntəqəsi yaxınlığında səmada partlayış baş verib. Partlayışa PUA-nın vurulması səbəb olub. Bundan əlavə, Moskva vilayətinin Naro-Fominsk rayonunda eyni vaxtda daha iki PUA yerə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Türkiyənin xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı Entoni Blinkenlə görüşüb. Görüşdə Ukraynadakı vəziyyət, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən İstanbul Taxıl Sazişi, NATO-nun genişlənməsi, Cənubi Qafqazda baş verən proseslər kontekstində Azərbaycan-Ermənistanın normallaşması və ikitərəfli münasibətlər müzakirə olunub.

 

Fransanın paytaxtı Paris şəhərində güclü partlayış baş verib. Partlayışdan sonra binalardan birinin fasadı uçub, yanğın başlayıb. BMF kanalı qeyd edib ki, ilkin məlumatlara görə, 16 nəfər xəsarət alıb, 7 nəfərin vəziyyəti ağırdır.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz: 

 

Ən çox xarici dil bilən deputatlar - Ana dilimizi bilməyən, ermənicə danışan da var

Emin Əmrullayev təhsili şam yeməyi ilə müqayisə etdi 

Hər kəs onu qınayacaq - Komitə sədrindən Gədəbəydəki insidentə MÜNASİBƏT

Bu il meyvə boldur - Son 20 ildə bu qədər ərik olmayıb

Oturaq həyatın FƏSADLARI

Ukrayna iki istiqamətdə düşməni məhv edir - DÖYÜŞDƏ SON VƏZİYYƏT

Paşinyanın müharibə etirafları nədən XƏBƏR VERİR...

Məmurlar istəməsə də, cəmiyyətə alternativ fikir lazımdır

Fransa Ermənistana hərbi yardım etməyəcək - İrəvana rədd cavabı

Valyuta hərraclarında tələb təklifdən az olub - Mərkəzi Bank

Cəfər Cabbarlının nəvəsi vəfat edib - FOTO

Deputat İlham Mirzəyevə görə Space TV-nin rəhbərini tənqid etdi

Yüzlərlə din xadimi dövlətdən pul alır - STATİSTİKA

Biz səhv etdik, azərbaycanlılar Ermənistanda yaşamalı idilər - Erməni deputat

Şəhid anasından rekord nəticə - 67 dəqiqədə 59 bal

Türkiyənin Şuşada konsulluq açmasına Rusiyadan REAKSİYA

Özümə də, biliyimə də güvənirəm - Yüksək bal toplayan şəhid anası

Qurbanlıq heyvanların satış və kəsim yerləri - SİYAHI

Rusiyaya qarşı 11-ci sanksiya paketində NƏLƏR VAR?

Qəbulda 400 bal yığanlar buraxılışda niyə “büdrəyib”… - SƏBƏB

Nazir sözünü tutdu - Onunla nərd oynadı

Telegram
Hadisələri anında izləyin!
Keçid et