Modern.az

Blinken İsrailə təzyiq edir: Netanyahu geri çəkilmək istəmir

Blinken İsrailə təzyiq edir: Netanyahu geri çəkilmək istəmir

Analitika

9 Yanvar 2024, 09:38

ABŞ Dövlət katibi Antoni Blinken İsrail rəsmiləri ilə görüşmək üçün dünən axşam saatlarında Təl-Əvivə səfər edib.

 

Modern.az xəbər verir ki, o, müharibənin dayandırılması ilə bağlı ərəb liderləri ilə apardığı iki günlük danışıqlar barədə məlumat vermək üçün İsrail liderləri ilə görüşəcək 

 

Amerikalı diplomat, həmçinin "mülki insanları qorumaq və humanitar yardımı təmin etmək ödəmək üçün" İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinə təzyiq edəcəyini söyləyib.

 

İsrailin HƏMAS-ın hücumuna cavab olaraq Qəzzada keçirdiyi quru və hava əməliyyatları nəticəsində 23.000-dən çox fələstinlini həlak olub. 2.3 milyon əhalisi olan anklavda humanitar vəziyyət pisləşib.

 

Müharibənin digər ölkələrə yayılma riski

 

Müharibənin Yaxın Şərq regionunda digər ölkərə yayılma riski yüksəkdir. İsrail bazar ertəsi günü Livanın cənubunda HƏMAS-ın müttəfiqi Hizbullahın yüksək səviyyəli komandirini öldürüb. Qruplaşmanın elit hesab edilən Radvan qüvvələrinin tərkibindəki bölmənin rəis müavini Vissam aəl-Tavil və başqa bir Hizbullah döyüşçüsü Livanın Məcdəl Selm kəndinə endirilən zərbələr zamanı ölüb. Məlumata görə, onların avtomobilinə raket dəyib.

 

İsrail Suriyada da yük maşınlarına, infrastruktura və İranın bölgədəki proksi qüvvələrinə silah yardımı edən qruplara ağır zərbələr endirir.

 

İsrailin müdafiə naziri Yoav Gallant "Wall Street Journal" nəşrinə müsahibəsində bildirib ki, ölkəsi HƏMAS-ın anklavdakı hökmranlığına son qoymaq və İranın dəstəklədiyi digər düşmənlərin qarşısını almaqda qərarlıdır.

 

İsrail ən yaxın müttəfiqi olan ABŞ və ərəb liderləri hücumun miqyasını azaltmaq üçün Netanyahu hökumətinə təzyiq göstərir. Bazar ertəsi Cənubi Karolinada atəşkəs tələb edən etirazçılarla qarşılaşan ABŞ prezidenti Co Bayden İsraili hücumlarını azaltmağa təşviq etmək üçün "sakitcə" çalışdığını söyləyib.

 

İsrail rəsmiləri əməliyyatın yeni mərhələyə keçdiyini bildirir. Bu mərhələdə hücumlar daha hədəfli olacaq. Lakin dünən bütün günü döyüşlərdə fasilə olmayıb.

 

Yeni mərhələdə İsrailin Qəzzanın şimalında həyata keçirdiyi əməliyyatları reydlər, tunellərin məhv edilməsi, hava və qurudan zərbələr, eləcə də xüsusi təyinatlıların əməliyyatlarını əhatə edəcək.

 

Qəzzanın 2,3 milyonluq əhalisinin əksəriyyətinin hazırda çadırlarda və digər müvəqqəti sığınacaqlarda yaşadığı cənubda isə əsas diqqət HƏMAS liderlərinin məhv edilməsinə və israilli girovun xilas edilməsinə yönəldiləcək.

 

İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Haqari bildirib ki, Qəzzanın mərkəzi və cənubdakı Xan Yunis şəhəri ətrafında “sıx əməliyyat fəaliyyəti” cəmləşib: “Döyüşlər 2024-cü ildə davam edəcək”.

 

"Axios" portalı hazır ki, HƏMAS girovları azad etməkdən imtina edərsə, İsrail liderləri fələstinlilərin Qəzzanın şimalından geri qayıtmasına icazə verməyəcəklərini söyləyəcəklər. İsrail tərəfinin məlumatına görə, HƏMAS 100-dən çox şəxsi hələ də girov saxlayır. Blinken deyib ki, İsrail köçkün fələstinli mülki şəxslərin Qəzzada evlərinə qayıtmasına icazə verməlidir.

 

Blinken Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında Qəzza ilə bağlı danışıqlar aparıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşdən sonra jurnalistlərə açıqlama verən Blinken İsrailin münasibətləri normallaşdırmaq məqsədinə hələ də ərəb liderləri arasında dəstək tapdığını deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi