Xalq şairi Qabil
- Salam.
- Salam.
- Mən Qabilin oğluyam.
- Şair Qabil?
- Bəli.
- Buyurun
Heydər Əliyevin dostu
- Salam.
- Salam
- Mən Qabilin oğluyam
- Heydər Əliyevin dostu?
- Bəli.
- Buyurun
“Səhv düşəndə yerimiz”
- Salam.
- Salam
- Mən Qabilin oğluyam
- Qeyrətsiz oluruq biz
Səhv düşəndə yerimiz?
- Bəli
- Buyurun
“Nəsimi” poeması
- Salam
- Salam
- Mən Qabilin oğluyam.
- “Nəsimi” poemasını yazan?
- Bəli.
- Buyurun.
Rübai
- Salam.
- Salam.
- Mən Qabiin oğluyam
- Kişi adam vurar, adam dolamaz
Kişi təslim olar, quyruq bulamaz
Arvad qabağında boşqab sındırıb
Kişi qabağında boşqab yalamaz.
- Bəli.
- Buyurun.
“İstiqlal” ordenli
- Salam
- Salam
- Mən Qabilin oğluyam
- İlham Əliyev “İstiqlal” ordeni verən Qabilin.
- Bəli.
- Buyurun
“Paravoz Qabil”
- Salam, müstəntiq Bahadır.
- Salam.
- Mən Qabilin oğluyam.
- Hansı? “Paravoz” Qabilin.
- Bəli.
- Buyurun.
Mahirin atası
- Salam.
- Salam
- Mən Qabilin oğluyam.
- Hansı. O dünyadan məktublar yazan Mahirin atasını deyirsən.
- Bəli.
- Maraqlıdır. Bir qulluğunuz.