Modern.az

Kanadalı parlamentar Torontodakı Azərbaycan Evini ziyarət etdi

Kanadalı parlamentar Torontodakı Azərbaycan Evini ziyarət etdi

Diaspor

25 Yanvar 2024, 14:10

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin növbəti qonağı Kanada parlamentinin Nümayəndələr Palatasının üzvü Əli Sayrus Ehsassi olub. 

 

Görüş zamanı Azərbaycan Evinin rəhbəri Lalin Həsənova qonağa fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, xalqımızın qədim tarixi, zəngin mədəni irsi ilə bağlı həyata keçirilən layihələrdən danışıb. Azərbaycan Evinin nəzdində həftəsonu məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Ontario qanunvericilik məclisi və Kanada parlamentinin üzvləri ilə əməkdaşlıq əlaqələrindən danışıb.  

 

Sonra qonağa Torontoda fəaliyyət göstərən ELTV media qrupunun Azərbaycandakı multikulturalizmdən bəhs edən sənədli filmi təqdim edilib. Qeyd edilib ki, film “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi ilə ELTV-nin birgə əməkdaşlığı nəticəsində “History of Azerbaijan” rubrikası çərçivəsində hazırlanıb. 

 

Azərbaycan Evinin fəaliyyətini yüksək qiymətləndirən və ölkəmizdə multikultural dəyərlərin mövcudluğundan heyranlıqla danışan qonaq icma üzvlərinin suallarını cavablandırıb, hətta icma üzvlərindən biri ilə nərd oynayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok