Modern.az

İspaniya Futbol Federasiyasının ofisində axtarış aparıldı

İspaniya Futbol Federasiyasının ofisində axtarış aparıldı

İdman

20 Mart 2024, 23:16

Polis İspaniya Krallığı Futbol Federasiyasının (RFEF) ofisində axtarış aparıb.

 

Modern.az xəbər verir ki, axtarış prokurorluğun apardığı korrupsiya təhqiqatı çərçivəsində həyata keçirilib.

 

Madrid prokurorluğu bildirib ki, Federasiya iş adamları ilə korrupsiya əlaqələrində və çirkli pulların yuyulmasında şübhəli bilinir.

 

Səhər saatlarında başlayan axtarış iş gününün sonunda başa çatıb. Əməliyyat zamanı Federasiyanın üzvləri və jurnalistlər binaya buraxılmayıb.

 

İstintaq çərçivəsində ölkə üzrə 11 ünvanda axtarış həyata keçirilib. Yeddi nəfər şübhəli şəxs qismində dindirilib.

 

İspaniya Futbol Federasiyasının rəhbərliyi məsələyə münasibət bildirməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir