Modern.az

Avtomobillər toqquşdu - Xəsarət alanlar var

Avtomobillər toqquşdu - Xəsarət alanlar var

19 Aprel 2024, 08:40

Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, Qalalı kəndində “Hyundai” markalı avtomobil “VAZ-21015”-lə toqquşub.

 

Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 2002-ci il təvəllüdlü Həsənov Kərim Rövşən oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Əlisəfa Telman oğlu və 2001-ci il təvəllüdlü Mənəfov Nurlan Abdul oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok