Modern.az

Paşinyanın asılqanlara vaxtı varsa, raketləri də yoxlasın - Tonoyan

Paşinyanın asılqanlara vaxtı varsa, raketləri də yoxlasın - Tonoyan

Dünya

19 Aprel 2024, 11:35

Ermənistan həbsdə olan sabiq müdafiə naziri David Tonoyan baş nazir Nikol Paşinyanı almaqda ittiham edildiyi istifadəyə yararsız raketlərin keyfiyyətini birgə yoxlamağa dəvət edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

"Paşinyanın mütəxəssislərə güvənmədiyini bilərək, mətbuatın iştirakı ilə növbəti birgə yoxlamanın keçirilməsi mümkündür. Baş nazir istər silahlarla bağlı, istərsə də ictimai maraq doğuran digər mövzularda maraqlandıran bütün sualları şəxsən verə bilər.

 

Əgər ekzistensial problemlərlə üzləşən dövlət başçısının məktəblərdəki asılqanların keyfiyyətini yoxlamağa vaxtı varsa, qoy o, Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş effektivliyini təmin etmək üçün lazım olan raketləri də yoxlamağa vaxt ayırsın", - Tonoyan bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…