Modern.az

Qərbi Azərbaycan Televiziyasına o rəhbərlik edəcək

Qərbi Azərbaycan Televiziyasına o rəhbərlik edəcək

Media

1 May 2024, 15:02

Xəbər verdiyimiz kimi, bu gün Qərbi Azərbaycan Televiziyasına məxsus binanın açılışı olub.


Televiziya Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərəcək.


Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, Qərbi Azərbaycanda məhv edilən Azərbaycan irsi, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə işıq salacaq.


Modern.az-ın məlumatına görə, Qərbi Azərbaycan Televiziyasına Ülviyyə Zülfüqar rəhbərlik edəcək.

O, eyni zamanda Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri postunda çalışır.

Telekanal həftədə 6 dəfə - 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla, 2 saat boyunca efirə çıxacaq.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi