Modern.az

“Mason emblemi” ilə çıxan jurnal Yazıçılar Birliyində müzakirə olunacaq

“Mason emblemi” ilə çıxan jurnal Yazıçılar Birliyində müzakirə olunacaq

Ədəbi̇yyat

9 Dekabr 2013, 10:20

Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalının  gənclərə həvalə edilən noyabr buraxılşı artıq çapdan çıxıb. “Gənc Ədiblər Məktəbi”nin koordinatoru Emin Pirinin məsul redaktoru olduğu sayda məktəb üzvlərinin şeir, hekayə və məqalələri yayımlanıb. “Ulduz” jurnalının baş redaktoru yazıçı Elçin Hüseyinbəyli də gənclərin nəşr etdirdiyi noyabr nömrəsini qənaətbəxş sayıb. Dekabrın 13-də Yazıçılar Birliyinin Natəvan klubunda jurnal müzakirəyə çıxarılacaq. Burada gənclərin yazıları və jurnalda ilk dəfə təqdim olunan rubrikalar barədə söhbət açılacaq. Qeyd edək ki, jurnalın  üz qabığındakı mason emblemi ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.


Elmin Nuri

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir