Modern.az

Azərbaycanda qalib jurnalistlər və KİV-lərin adı açıqlanacaq

Azərbaycanda qalib jurnalistlər və KİV-lərin adı açıqlanacaq

Media

16 Dekabr 2013, 11:14


Parlament Jurnalistləri Birliyi (PJB) “İlin jurnalisti”, İlin telekanalı”, İlin qəzeti”, “İlin agentliyi” və “İlin portalı” nominasiyası üzrə qaliblərin adını açıqlayacaq. Bu barədə Modern.az saytına birliyin rəhbəri Elşad Eyvazlı məlumat verib. O, qeyd edib ki, PJB indiyə qədər media ilə əlaqəli müxtəlif nominasiyalar təsis edib:

“Qərara aldıq ki, bu ildən mütəmadi olaraq “İlin jurnalisti”, İlin telekanalı”, İlin qəzeti”, “İlin agentliyi” və “İlin portalı” nominasiyası üzrə qalibləri müəyyənləşdirək. Artıq sorğu anketləri hazırdır. Hesab edirik ki, PJB-in həyata keçirdiyi bu müsabiqə mediada işgüzar rəqabətin artırılmasına təkan verəcək”.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok