Modern.az

Mars planetindəki “sirli insan üzü”nün sirri açıldı

Mars planetindəki “sirli insan üzü”nün sirri açıldı

İqtisadiyyat

30 İyul 2010, 19:25

st1:*{behavior:url(#ieooui) }

İllərdir alimləri düşündürən Mars planetindəki "sirrli insan üzü" şəklinin şifrəsi sonunda açıldı.

Minlərlə fikirin yaranmasına gətirən fotoşəkil, 1 İyul 1976-cı il tarixində Amerikanın “Viking 1” kosmos gəmisindən çəkilmişdi.

Fotoşəkildə Mars planetinin səthində bir insan üzü görülürdü. Bu fotoşəkil elm dünyasını çaş-baş edirdi.

Ancaq NASA-nın çox dəqiq fotokamerası ilə çəkilən və artıq mətbuatda dərc olunan fotoşəkil söz-söhbətə son qoyub.

HiRISE fotokamerasının lentə aldığı şəkil Marsdakı insan üzünü əks etdirən işarənin çöllükdə bir təpəlik olduğu məlum etdi.

1976-cı ildə çəkilən fotoşəkilin ardından mövzuyla əlaqədar fərziyyələr başlayarkən, NASA da Marsdakı yadplanetlilərin varlığını gizləməklə günahlandırılmışdı.

Texnologiyanın irəliləməsi həqiqəti ortaya çıxardı və "sirli üz" gerçək halını insanlara göstərdi...

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?