Almaniyanın Münhen şəhərində yaşayan 42 yaşındakı Ortud Leyner 3 il ərzində 103 kilo arıqlamağı bacarıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Leynerin hazırda çəkisi 73 kilodur.
2007-ci ilin iyununda Leynerin çəkisi 180 kq-a çatıb. Şişmanlığına görə adam arasına çıxmağı özünə dərd bilən Leyner mütəxəssislərin onun üçün tərtib etdikləri xüsusi pəhriz yeməkləri və idman hərəkətləri ilə arıqlamağa qərar verib. Mədəsinin bir hissəsini də cərrahi yolla aldıran Leyner 3 il ərzində intensiv surətdə idmanla məşğul olmağa başlayıb. Leyner səhərlər pendir, yulaf əzməsi yeyib, günüzlər quru meyvə və təzə pendir və çovdar çörəyi ilə kifayətlənməklə gün ərzində dietasına sərt şəkildə əməl edib.
Leyner köhnə paltarlarının ona çuvalı xatırlatdığını deyərək sanki yenidən dünyaya gəldiyini bildirib.
.