Seçkilərdə iştirakla bağlı indiyədək imza vərəqələri götürülməyən dairələrin sayı azalıb. Modern.az-ın məlumatına görə, 111 saylı Zaqatala - Balakən seçki dairəsinin hazırki deputatı bitərəf Dünyamin Xəlilov artıq imza vərəqələrini təhvil verib.
Bu barədə saytımıza deputatın özü məlumat verib. Onun sözlərinə görə, seçkilərdə 2005-ci ildəki uğura nail olacağına əmindir.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 111 saylı Zaqatala – Balakən seçki dairəsindən Namidə Süleymanovanın namizədliyi irəli sürüb.
Modern.az