Modern.az

Müsavatdan gedənlərin heç biri qayıtmaq üçün müraciət etməyib - AÇIQLAMA

Müsavatdan gedənlərin heç biri qayıtmaq üçün müraciət etməyib - AÇIQLAMA

Təhsil

30 Dekabr 2015, 12:28


Bir müddət öncə Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı açıqlamalarından birində partiyadan 15 nəfərin xaric olunduğunu demişdi.

O, eyni zamanda qeyd etmişdi ki, Müsavatdan çıxarılanlar təxminən 6 aydan sonra yenidən partiya sıralarına qoşulmaq istəyərlərsə, ərizə ilə müraciət etməlidirlər.   Maraqlıdır, nizamnaməni pozduqları üçün xaric olunanlar arasında 6 ay sonra partiya sıralarına qoşulmaq üçün müraciət edən olubmu?  

Müsavat başqanının müavini Elman Fəttah da Modern.az-a onların 6 ay sonra partiyaya geri dönmək üçün yenidən müraciət edə biləcəklərini deyib:

“Xatırladığım qədəri ilə belə hallar tez-tez olur. Məsələn, 2010-cu ilin dekabrında Adil Qeybulla Müsavat Partiyasından çıxmışdı, 2011-ci ilin təxminən aprel-may aylarında yenidən ərizə ilə müraciət edərək partiyaya üzv oldu ”.  

Elman Fəttah onu da qeyd edib ki, konkret olaraq bu il üçün partiya sıralarına yenidən qoşulmaq üçün müraciət edənlər olmayıb.    

Vüsalə QƏZƏNFƏRQIZI      

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et