Modern.az

Yanvarın 1-də dünyada 7,29 milyard insan yaşayacaq

 Yanvarın 1-də dünyada 7,29 milyard insan yaşayacaq

Təhsil

30 Dekabr 2015, 22:01


2016-cı il yanvarın 1-də yer kürəsində əhalinin sayı 7,295,889,256 nəfər olacaq. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu, 2015-ci ilin ilk günündə 1,08 faiz çox olacaq.

ABŞ siyahıyalma bürosunun məlumatında qeyd edilir ki, bu ölkədə 2016-cı il yanvarın 1-də əhalinin sayı 322,762,018 nəfərə (bir il əvvəlkindən 0,77 faiz çox) çatacaq.

Beləliklə, ABŞ-da əhalinin sayı 2010-cu il yanvarın ilə müqyisədə 14,016,480 nəfər (4,54 faiz) artmış olacaq. Yeni ildə ABŞ-da hər 8 saniyədən bir uşaq doğulacaq, hər 10 saniyədə bir adam öləcək.

Dünyada əhalisi ən çox ölkələr Çin, Hindistan, ABŞ, İndoneziya və Braziliyadır.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et