Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə telefonla müzakirə aparıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin müxtəlif beynəlxalq problemlərin həlli üçün iki ölkə arasında əməkdaşlığın vacibliyini vurğulayıb.“Rusiya ilə ABŞ arasındakı əlaqələr beynəlxalq təhlükəsizliyin əsas təminatlarından biridir. Biz konstruktiv dialoq qurarıqsa, təhlükələrə qarşı effektiv mübarizə apara bilərik. ”,-deyə Putin qeyd edib.
Kreml başçısı həmçinin Barak Obamanı Yeni İl münasibəti ilə təbrik edib.
Aqşin Kərimov