Modern.az

Bakıda üçotaqlı ev yanıb

 Bakıda üçotaqlı ev yanıb

Təhsil

31 Dekabr 2015, 21:07


Paytaxtda 3 otaqlı evdə yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Sabunçu rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 120 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et