Modern.az

Neft 35 dollardan aşağı düşdü – 12 ilin rekordu təzələndi

Neft 35 dollardan aşağı düşdü – 12 ilin rekordu təzələndi

Təhsil

6 Yanvar 2016, 15:23


Dünya bazarlarında Brent və WTI markalı neftin qiyməti 2004-cü ilin iyulundan bəri ilk dəfə 35 dollardan aşağı düşüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ucuzlaşma Çin iqtisadiyyatının zəifləməsi siqnalları və Amerikada enerji ehtiyatlarının miqdarının açıqlanması fonunda baş verib.

Həm London, həm də Nyu-York birjalarında qara qızılın 1 bareli 34,91 dollara düşüb.  

Neftin kəskin ucuzlaşması fonunda neft ixracatından asılı olan ölkələr 2016-cı ildə dövlət büdcələrində “qara qızıl”ın dəyərini xeyli azaldıblar.    

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et