Modern.az

Bakıda 35 min manatlıq oğurluq edən şəxs tutuldu

Bakıda 35 min manatlıq oğurluq edən şəxs tutuldu

Təhsil

9 Yanvar 2016, 15:13

 

Bakıda mağazalardan birindən 35 600 manat pul oğurlanıb.

Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Nəsimi rayonu ərazisində yerləşən, paytaxt sakini Yusif Əhmədova məxsus mağazadan açar seçmək yolu ilə 35600 manat oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Məmmədzadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et