İran bu gün Fars körfəzindəki su sərhədlərini pozan amerikalı dənizçiləri azad edib. Onlar regiondakı ərəb ölkələrindən birindəki ABŞ bazasına gətirilib.
Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, İran tərəfi saxladığı hərbçiləri qaytardıqdan sonta 2 hərbi kateri də geri verəcək.Xatırladaq ki, Amerika Hərbi Dəniz Qüvvələrinin 2 kateri Küveytdən Bəhreynə gedərkən təsadüfən İran ərazisinə daxil olublar. Bu, katerlərdən birinin nasazlığı səbəbindən baş verib.
Bildirilir ki, saxlanılanlardan 9-u kişi, 1-i isə qadın olub.
Vüqar İsmayılov