
Dövlət Sosial Müdafiə Fondu yanvar ayının 15-nə şəhər və rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a bildirilib ki, «Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrasından irəli gələn texniki işlər yekunlaşdırılmaq üzrədir. Əmək pensiyaçıları fevral ayı üzrə pensiyalarını artım tətbiq edilməklə alacaqlar.
Modern.az