Modern.az

Sumqayıtda avtobus gənc qızın üstündən keçdi - VİDEO

 Sumqayıtda avtobus gənc qızın üstündən keçdi - VİDEO

Təhsil

30 Yanvar 2016, 01:01

 

Sumqayıt şəhərində dəhşətli yol qəzası baş verib. Modern.az saytı avtosfer.az-a istinadən xəbər verir ki, Babək prospektində – "Hipper" marketin qarşısında sərnişin avtobusu yolu qaçaraq keçməyə çalışan qızı vuraraq üstündən keçib.  

Oxucuların göndərdiyi videodan da məlum olur ki, qız anası ilə yolu keçməyə çalışır. Lakin o, anasından ayrılaraq qəflətən yolu qaçaraq keçmək istəyir. Yolu keçərkən qız ancaq sola baxır. Bu zaman sağdan gələn avtobus onu vuraraq üstündən keçir. Piyada aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.  Faktla bağlı araşdırma aparılır.  

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et