Modern.az

Baş nazir Rusiyanı hədələyib

 Baş nazir Rusiyanı hədələyib

Təhsil

31 Yanvar 2016, 21:33

 

Türkiyə baş naziri Əhməd Davudoğlu rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanında Rusiyanı hədələyib.  Modern.az saytı  Anspress-ə istinadən xəbər verir ki, rəsmi görüşlərdən sonra paytaxt Ər-Riyadda açıqlamalar verən Əhməd Davudoğlu Rusiyanın Su-34 döyüş təyyarəsinin yanvarın 29-da Türkiyə sərhədini pozmasına toxunub.

“Rusiya törətdiyi sərhəd pozuntusunun üstünü örtə bilməz. Türkiyə Rusiya ilə gərginliyi artırmağın tərəfdarı deyil. Rusiyanın Suriya məsələsində xoş niyyətli olmadığını görürük”,- deyə Türkiyə baş naziri bildirib.   Əhməd Davudoğlu Yaxın Şərq siyasətində Səudiyyə Ərəbistanı ilə Türkiyənin həmfikir olduğunu vurğulayıb: “Suriya, İraq və bölgə barədə siyasətimiz eynidir. Səudiyyə Ərəbistanı ilə birlikdə mülayim müxalifətə dəstək verəcəyik”.  

Qeyd edək ki, Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) dünən yayıb. XİN bildirib ki, hadisə dünən - 2016-cı il yanvarın 29-da baş verib - Rusiya hava qüvvələrinə aid bir ədəd Su-34 döyüş təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, pozuntudan əvvəl Rusiya Federasiyasının təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib.

“Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu də Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və konkret bir göstəricisidir”,- deyə Türkiyə XİN-in məlumatında vurğulanıb.    

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et