
Rusiyada işsizlərin sayı 1 milyon nəfəri keçib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Monitorinqin nəticələrinə görə, yanvarın 20-dən 27-nə qədər ölkədə işsizlərin sayı 3,4% artaraq 1 milyon min 111 nəfərə çatıb. Ötən həftə isə bu göstərici 968 min 639 nəfər idi.
Nazirliyin məlumatına görə, işiszlərin sayı ölkənin 82 regionunda artıb.
Vüqar İsmayılov