Modern.az

15 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb

 15 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb

Təhsil

2 Fevral 2016, 00:19

 

“Bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qətnamə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyasında müzakirəyə çıxarılarkən AŞPA Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi. Avropa Şurası Parlament Assambleyası bu addımı ilə özünün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair qəbul etdiyi qərarlara, eləcə də BMT qətnamələrinə, Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının qərar və qətnamələrinə qarşı çıxdığını açıq-aydın göstərdi”. Modern.az saytı xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən geniş Kollegiya iclasında baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.   

Ə.Həsənovun sözlərinə görə, burada ATƏT-in Minsk Qrupunun da fəaliyyətsizliyi özünü göstərib: “Bununla yanaşı, keçən dövr ərzində ATƏT-in Minsk Qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyib” İclasda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu günə qədər məcburi köçkünlər üçün salınan qəsəbələrin və bu qəsəbələrdə yaşayanların sayını açıqlayıb. Bildirilib ki, 2015-ci ildə məcburi köçkünlər üçün daha 5 müasir tipli qəsəbə istifadəyə verilib, 15 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Ümumilikdə, 94 müasir tipli qəsəbələrdən 89-u məhz son 12 ildə tikilib istifadəyə verilib. Bu qəsəbələrə köçürülmüş 243 min məcburi köçkündən 225 min nəfəri son 12 ilin payına düşür.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et