Modern.az

Bakıda ana uşaqlarını məktəbə göndərib intihar edib

 Bakıda ana uşaqlarını məktəbə göndərib intihar edib

Təhsil

2 Fevral 2016, 21:59

 

Bakıda 39 yaşlı qadın özünü asıb. Modern.az saytı xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1977-ci il təvəllüdlü Aynur Cəfər qızı Xancanova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib.

Məlumata görə, hadisə vaxtı evdə Aynur Xancanovadan başqa heç kim olmayıb.

Belə ki, canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub. 39 yaşlı qadının intihar etməsinə səbəb olaraq ailəsinin böyük miqdarda borcunun olması göstərilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et