
Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər iqtisadi-ticarət əməkdaşlığını və beynəlxalq gündəmi müzakirə ediblər.
Vladimir Putin və İlham Əliyev Suriyadakı situasiyanı müzarkirə edərək, ABŞ-la Rusiyanın ortaq atəşkəs təklifinin realizə olunmasının vacibliyini vurğulayıblar.
Prezidentlər ünsiyyəti saxlamaq barədə qərar veriblər.
Vüqar İsmayılov