
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.
Modern.az