Modern.az

İlhamə Quliyevanın ölüm səbəbi AÇIQLANDI

İlhamə Quliyevanın ölüm səbəbi AÇIQLANDI

Təhsil

25 Fevral 2016, 13:44

“Həkim rəyinə əsasən İlhamə Quliyeva ürək çatışmazlığından vəfat edib”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mərhum xalq artistinin qohumu, müğənni Əli Mirəliyev deyib.

Onun sözlərinə görə, səhər saatlarında İlhamə Quliyevanın ürəyində problem yaranıb: “Köməkçisindən məni və qızımı çağırmasını istəyib, on dəqiqə içərisində vəfat edib”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün səhər saatlarında vəfat edib. Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ. Quliyeva dünyasını dəyişib.

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə anadan olub.

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et