Modern.az

Bir gündə 50 İŞİD üzvü məhv edildi

Bir gündə 50 İŞİD üzvü məhv edildi

Təhsil

25 Fevral 2016, 16:58


Əfqanıstan təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində geniş əməliyyat həyata keçiriblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün əməliyyatlar zamanı azı 50 İŞİD üzvü məhv edilib, daha 26-sı isə yaralanıb. Əfqanıstan kəşfiyyatı yalnız 1 İŞİD üzvünü sağ ələ keçirə bilib.

Əməliyyatlar zamanı hökumət qüvvələrinin 3 hərbi qulluqçusu da həlak olub.

Son aylarda İŞİD və Taliban qruplaşmaları ölkənin kənd yerlərində fəallaşaraq, iri şəhərlərə doğru hücumları genişləndiriblər.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et