Modern.az

Niderland parlamentindən Xocalı ilə bağlı müraciətə REAKSİYA

Niderland parlamentindən Xocalı ilə bağlı müraciətə REAKSİYA

Təhsil

25 Fevral 2016, 19:18

Niderland parlamenti Xocalı ilə bağlı müraciəti cavablandırıb.

Xəbər verdiyimiz kimi dünyanın müxtəlif ölkələrində  fəaliyyət göstərən bir çox diaspor təşkilatlarımız Xocalı soyqırımın  növbəti ildönümü  münasibətilə  çoxsaylı tədbirlər təşkil edir, baş vermiş hadisəni  dünyaya olduğu kimi çatdırmağa çalışırlar.  

Modern.az xəbər verir ki, bu təşkilatlardan biri də Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatıdır.  

Bir müddət öncə mətbuatda “Connect”in sədri, həmyerlimiz Vüqar Abbasov və onun həmkarı Vim van Emdenin imzası ilə Niderland parlamentininin (İkinci Kamer) 16 fraksiya rəhbərinə müraciət ünvanladığı barədə xəbərlər getmişdi.   

Müraciətə parlament üzvlərindən  hər hansı bir reaksiyanın olub-olmamasını öyrənmək üçün Vüqar Abbasovla əlaqə saxladıq. Onun dediyinə görə hələlik bir neçə fraksiyadan  cavab məktubu alıblar ki, onlardan biri də D66 partiyasıdır.   

“Bu partiyanın parlamentdəki fraksiya rəhbərliyindən, xanım Martine van Bemmelin imzası ilə gələn emaildə  qeyd olunur ki, müraciətiniz fraksiya üzvlərimizə göndərilib ki, debatlardakı hazırlıqları üçün istifadə edilsin.   

Burdan belə bir nəticəyə gəlmək olar ki, D66 partiyası parlamentlərdəki debatlar zamanı Xocalı məsələsini də qaldıra bilərlər və biz buna ümid edirik”– deyə soydaşımız  bildirdi.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et