
“Ümumtəhsil məktəblərində tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri müəyyən edilmiş qaydada icra etməməsi şikayətlərə səbəb olub”.
Modern.az xəbər verir ki, bu barədə Ombudsmanın 2015-ci il üzrə illik hesabatında qeyd edilib.
Bildirilir ki, nazirliklə bağlı edilmiş bəzi şikayətlərdə vətəndaşlar xarici dövlətlərdə aldıqları ali təhsil haqqında diplomun tanınması məqsədilə Təhsil Nazirliyinə müraciət edərkən aylarla gözləmək məcburiyyətində qaldıqlarını və süründürməçiliklə üzləşdiklərini bildiriblər.
Qeyd edilib ki, regionlarda sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər və orta təhsil almaları üçün xüsusi və ümumi təyinatlı dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin ixtisaslaşdırılmış reabilitasiya-inkişaf mərkəzlərinin, ixtisaslı və peşəkar kadrların çatışmaması təlim-tərbiyə və reabilitasiya işinin təşkilində ciddi çətinliklər yaradır.
Eyni zamanda hesabatda şagirdlərə qarşı kobud və ləyaqəti alçaldan hərəkətlərə, fiziki və mənəvi zorakılığa yol verilməsinə görə məsuliyyətin ciddiləşdirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsininin 49-1-ci maddəsinə (təhsil haqqında qnaunvericiliyin pozulması) nəzərdə tutulmuş cərimənin miqdarının artırılmasının zəruri olduğunu bildirib.
Aytən ZƏHRA