Modern.az

Ölkədə uşaq hüquqlarının pozulması, ana ölümləri ilə bağlı STATİSTİKA

Ölkədə uşaq hüquqlarının pozulması, ana ölümləri ilə bağlı STATİSTİKA

Təhsil

26 Fevral 2016, 17:36


“Uşaq hüquqlarının pozulması ilə bağlı 550 müraciət daxil olub. Bunlar təhsil hüququnun pozulması, müalicə, yaşayış yeri ilə təmin olunma, ünvanlı sosial yarıdmın verilməməsi, alimentlə bağlı məhkəmə qərarlarının icra edilməsi və s. ilə bağlı olub”.

Modern.az xəbər verir ki, bu barədə Ombudsmanın 2015-ci il üzrə illik hesabatında qeyd edilib.  

Hesabatda həmçinin ana və uşaq ölümləri, cərrahi göstəriş olmadan qeysəriyyə əməliyyatının aparılmasının ciddi narahatlıq doğurduğu və bununla bağlı təxirə salınmaz tədbirlərin görülməsinin zəruri olduğu qeyd edilib.  

Həmçinin bildirilib ki, bəzi məktəblərdə tibb məntəqəsinin və psixoloqun olmaması uşaqların sağlamlığına mənfi təsir göstərir, müxtəlif fəsadların yaranmasına səbəb olur.

“Orta mətkləblərdə uşaq və yeniyetmələrin siqaretdən, narkotik vasitələrdən istifadə etməsinin qarşısının alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulduğu kimi uşaqlara spirtli içkilərin və tütün məmulatlarının satılmaması üçün aiddiyyatı qurumlar və cəmiyyət tərəfindən nəzarətin gücləndirilməsi vacibdir”.  

Aytən ZƏHRA

 
Twitter
Sizə yeni tvit var
Keçid et