Modern.az

“Doğuş zamanı nə analar, nə də körpələr ölsün”

“Doğuş zamanı nə analar, nə də körpələr ölsün”

Təhsil

26 Fevral 2016, 18:36

“Biz bu gün səhiyyəmizin problemlərini özümüz həll etməliyik. Nə qədər ki, yaşayırıq və varıq əlimizdən gələni etməliyik ki, bizim indiki işimizdən gələcək nəsillər faydalana bilsin. Bu layihəni həyata keçirtməkdə əsas məqsədimiz isə odur ki, Azərbaycanda doğuş zamanı nə analar , nə də  ki, körpələr ölsün”.

Modern.az xəbər verir ki, bu sözləri  Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi mərkəzinin rəhbəri, millət vəkili, tibb elmləri namizədi, tanınmış ürək cərrahı Rəşad Mahmudov söyləyib.

Mərkəzi Neftçilər Xəstəxanasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Tibb Universiteti, “Lider Qadınlar” İctimai Birliyi, Beynəlxalq Həkimlər Birliyi və “Cəmiyyətin Sosial inkişafına Mənəvi Dayaq” İctimai Birliyi, Doktor Fethiye Ersan Tüpin birgə təşkilatçılığı ilə "Xoş gəldin körpə" adlı layihəyə yekun vurulub. 

"Xoş gəldin körpə" layihəsi çərçivəsində 20-23 fevral tarixlərində Astara rayonu Mərkəzi Xəstəxanasında "Yeni doğan canlandırma- Neonatal reanimasiya" təlimləri təşkil olunub.

Eyniadlı  layihənin davamı olaraq 24-26 fevralda isə Mərkəzi Neftçilər Xəstəxanasının özündə  “Ana və Uşaq Sağlamlığını Dəstəkləmə” Layihəsi çərçivəsində həkim, mama və tibb bacılarına təlimlər təşkil edilib.

Təlimlər Beynəlxalq Həkimlər İttifaqının könüllüsü doktor Derya Büyükkayhan və azərbaycanlı həkim Nahidə Mahmudova tərəfindən keçirilib. Layihənin sonuncu günü isə təlimdə iştirak edənlərə sertifikatlar verilib.


Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et