Modern.az

Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ

Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ

Təhsil

29 Fevral 2016, 12:34


Bakalavrlar elektron ərizələrinə daxil olmaqla  (//eservices.tqdk.gov.az/brxvmag/?frm=egov) 2016-cı il martın 6-da keçiriləcək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a məlumat verilib.  

Qəbul imtahanında iştirak etmək üçün bakalavr imtahanın yeri və keçirilmə tarixi qeyd olunan “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyətini təsdiq edən sənədi mütləq imtahana gətirməlidir.   

Qeyd edək ki, magistratura üzrə qəbulun ilk pilləsi martın 6-da keçiriləcək.  

Aytən ZƏHRA  

 
Whatsapp
Bizə yazın!
Keçid et