Modern.az

CIA-nın keçmiş direktoru Tramp HAQDA: “İtaətsizlik olacaq”

CIA-nın  keçmiş direktoru Tramp HAQDA: “İtaətsizlik olacaq”

Təhsil

29 Fevral 2016, 17:54

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA)  keçmiş baş direktoru Maykl Heyden təhlükəli proqnozla çıxış edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Heyden Donld Trampın prezident seçiləcəyi və seçki kampaniyası zamanı vədlərini gerçəkləşdirəcəyi halda hərbçilərin onun əmrinə itaətsizlik edəcəyini deyib.  

Heyden fevralın 17-də Cənubi Karolinada çıxış edən zaman Trampın terrorda şübhəli bilinən şəxslərin işgəncələrə məruz qalmasına haqq qazandıran çıxşını bu narahatlığa əsas verən səbəblərdən biri adlandırıb.

Milyarderin terrorçuların qohumlarını öldürəcəyi ilə bağlı bəyənatı isə Heydeni xüsusən qəzəbləndirib.  

“Əgər o prezidet seçildikdən sonra belə bir qərar verərsə, ABŞ Silahlı Qüvvələri bu əmri yerinə yetirməyəcək. Bu bütün beynəlxalq qaydaların pozulması olardı”.      

Vüqar İsmayılov   

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et