Modern.az

Azərbaycanda cinayət törətmiş qazaxıstanlı vətəninə ekstradisiya olunub

Azərbaycanda cinayət törətmiş qazaxıstanlı vətəninə ekstradisiya olunub

Təhsil

1 Mart 2016, 11:04

Bu gün Azərbaycanda “xuliqanlıq” maddəsi ilə cəza çəkən 42 yaşlı Qazaxıstan vətəndaşı Afət Həsənov vətəninə ekstradisiya olunub.  

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Həsənov Qazaxıstanın Manqustau vilayətində ona əmanət olunmuş külli miqdarda vəsaiti və mülkü mənimsəməkdə ittiham olunur.  

Afət Həsənovun ekstradisiya olunması barədə qərar fevralın 15-də Qazaxıstan tərəfinin müraciətindən sonra Azərbaycan Baş Prokurorluğu tərəfindən qəbul olunub.  

Bakıdan Astanaya gətirilən Afət Həsənov hazırda istintaq təcridxanasında saxlanılır.  

Vüqar İsmayılov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?