
“Hər il birinci sinifə gedən şagirdlərin sayının artması müşahidə edilir. Bununla da növbəti 4-5 ildə birinci sinifə gedəcək şagirdlərin sayı kifayət qədər artacaq".
Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, keçən ildən Bakı şəhəri üzrə birinci sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat elektron formada həyata keçirilir.
"Məqsəd prosesin sadələşdirilməsi, şəffaflaşdırılması və insan ünsiyyətinin və faktorunun minimuma endirilməsidir".
Qeyd edək ki, martın 1-dən etibarən Bakı şəhəri üzrə elektron qaydada I sinifə qəbul aparılır.
Aytən ZƏHRA