Modern.az

İrandakı seçkilər və Azərbaycanda gözləntilər

İrandakı seçkilər və Azərbaycanda gözləntilər

Təhsil

2 Mart 2016, 14:17

Dünya və region ictimaiyyətinin maraqla gözlədiyi İran İslam Respublikasında keçirilən  parlament və Ekspert Şurasına seçkilər artıq arxadadır. Regionda baş verməkdə olan qlobal proseslər İranın və bölgənin siyasi həyatında mühüm rol oynaya biləcək bu seçkiləri müəyyən qədər arxa plana keçirsə də, ondan gözləntilər həddən artıq çoxdur. İlkin nəticələr artıq mətbuat səhifələrinə yol tapır. Mühafizəkarlarla islahatçılar arasında gedən mübarizədə səsvermənin ilkin nəticələri Prezident Həsən Ruhaninin mövqelərinin nəzərəçarpacaq dərəcədə möhkəmlənməsindən xəbər verir. Bu da özünü mühafizəkarlar üzərində qələbədə göstərir.

Qərblə münasibətlərin normallaşdırılmasının və liberallaşmanın əleyhdarları Tehran dairəsində güclü məğlubiyyətə uğradılar. Ekspertlər Şurasında da Prezident Ruhani və onun müttəfiqi Əli Əkbər Haşimi-Rəfsəncaninin tərəfdarları üstünlük qazandı. İnzibati resurlardan geniş istifadə və dini lider Ayətullah Əli Hameneyinin dəstəyi bu dəfə mühafizəkarlara kömək edə bilmədi.


Azərbaycanda da da İrandakı seçkilər diqqət mərkəzində oldu. Təbii ki, bu da İran İslam Respublikasının bizimlə bir regionda, hətta qonşuluqda yerləşməsi və ölkələrimiz arasında səmimi qonşuluq və mehriban dostluq münasibətlərinin hökm sürməsidir. Seçkilərdən öncə Azərbaycan Prezidenti İlham Əliyevin İrana baş tutan səfəri iki qonşu ölkə arasında münasibətlərin forma və məzmunca yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. İki dövlət arasında əlaqələr əvvəllər də yaxın qonşuluq çərçivəsindən kənar çıxmamış, həmişə yüksələn xətlə inkişaf etmişdir. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətləri İranda və qonşu dövlətlərin nümayəndələri Azərbaycanda həmişə arzuedilən qonaq olmuşlar. İki dövlət arasında iqtisadi, mədəni və digər sahələrdə baş verən mübahisələr danışıqlar masası arxasında, kənar müdaxilə olmadan iki dövlətin öz səyi sayəsində həll olunmuşdur.

Bu gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər hər iki dövlətin rəhbərlərinin dəfələrlə qeyd etdikləri kimi, ən yüksək səviyyədədir. Yüksək səviyyədə olan münasibətlərin qorunub saxlanması hər iki dövlətin strateji maraqları daxilindədir. Azərbaycan Respublikası hər zaman İran İslam Respublikası ilə ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasına cəhd göstərmişdir. İran İslam Respublikasında baş tutan son parlament və Ekspert Şurasına seçkilər siyasi şərhçilər tərəfində demokratiya yolunda yeni bir addım kimi qiymətləndirilir. Demokratik hakimiyyətlərlə münasibətlər isə həmişə asan olur və problemlər danışıqlar yolu ilə həll olunur.

İran dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində xalqdan yeni impuls aldı. Bu rislahatçılara verilən etimad idi. Parlamentdə yüksək çoxluq əldə edə bilməmələri onların uğurlarına kolgə gətirməməlidir. Əvvəlki seçkilərdən fərqli olaraq onlar mandatlarının sayını iki dəfə artırdılar. İran dünya ölkələri ilə inteqrasiya və əməkdaşlıq istiqamətini bir daha təsdiq etdi. Bu sahədə onun bütün ölkələrə, o cümldən qonşularina ehtiyacı hər zamankından daha çoxdur. Azərbaycan bu sahədə istisna deyildir.

Azərbaycan Respublikası bu gün öz siyasətini dövlətin, xalqın, millətin mənafeyi istiqamətində qurmağı bacara biləcək səviyyəyə qədər güclənə bilmişdir. Bu da ümummilli liderimiz Heydər Əliyev və onun davamçısı Respublikamızın Prezidenti İlham Əliyevin yeritdiyi uzaqgörən siyasətin birbaşa nəticəsidir. Prezident İlham Əliyevin dəfələrlə yüksək tribunalardan bəyan etdiyi kim heç bir dövlət Azərbaycanı öz siysətindən əl çəkməyə yaxud bu siysətdə dəyişiklik etməyə məcbur etmək iqtidarında deyil. Biz qisa müstəqillik tariximizdə bunun dəfələrlə şahidi omuşuq. Yaxın qonşularımız Türkiyə, İran və Rusiya ilə münasibətlərdə də bu mövqe xarici siyasətimizin ana xəttini təşkil edir. Biz ən böyük problemimiz olan Dağlıq Qarabağ probleminin Respublikamızın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasında bizim yanımızda olan bütün dövlətlərlə dostluq, qardaşlıq münasibətləri saxlamaqda davam edəcək, digər dövlətlərin haqq mübarizələrində onlarla birgə olacağıq.

Qeyd olunanlar İranla münasibətlərimizə də şamil edilə bilər. İran Respublikamızın ərazi bütövlüyünə hörmət edir, torpaqlarımızın işğal altında olduğunu dəfələrlə bəyan etmişdir. Bu baxımdan Türkiyə ilə İran arasındakı münasibətlərin formatı bizim bu dövlətlərlə münasibətimizdə əhəmiyyətli rol oynaya biləcəyini düşünmək sadəlövhlük olardı.

Əlimusa İbrahimov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Whatsapp
Bizə yazın!
Keçid et