Bakıda 46 saylı tam orta məktəbin binasında uşaqların olduğunu əks etdirən fotoşəkil yayılıb. Uşaqların təhlükəsizlik baxımından binanın damına necə qalxdıqları təəccüblə qarşılanıb.
Məktəbin direktoru Sevinc Budaqqızı Modern.az-a açıqlamasında bildirib ki, bu şəkil çox köhnədir.
“Yayılan şəkildəki məktəbdən indi əsər-əlamət belə, qalmayıb. Bu şəklin hansı ildə çəkildiyini bilmirəm. Amma hadisə yeni vaxtlarda olmayıb. Bizim məktəb 2014-cü ildə təmir edilib. Elə dam örtüyü bizdə yoxdur. Məktəbdə təhlükəsizlik tam təmin olunub”, -deyə S.Budaqqızı vurğulayıb.

Aytən ZƏHRA