Modern.az

İtkin düşən Gəncə sakininin qətlə yetirildiyi məlum olub

İtkin düşən Gəncə sakininin qətlə yetirildiyi məlum olub

Təhsil

3 Mart 2016, 01:09

 

Bir neçə gün əvvəl yoxa çıxan Gəncə şəhər sakinin Göygöldə qətlə yetirilərək basdırıldığı məlum olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir həftə əvvəl itkin düşən Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Eldar Əliyevin meyiti rayonun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb.

Məlumata görə,  o Cavid adlı Göygöl rayon sakini tərəfindən bir həftə əvvəl qətlə yetirilərək orada basdırılıb. Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, cinayət törədilən zaman ərazidə bir neçə nəfər olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma davam edir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et