British Council “Mehmanxana inzibatçısı ixtisası üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı” çərçivəsində müəllimlər üçün təlim keçirib.
Layihə çərçivəsində 23-25 fevral 2016-cı il tarixlərində 12 müəllimin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlim keçirilib. Böyük Britaniyadan dəvət olunmuş təlimçi – Jeyn Norman, master təlimçi və texniki müəllif, People1st təşkilatı – 23-25 fevral 2016-cı il tarixlərində 12 müəllimin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlim keçirib.
Təlimdə iştirak edən müəllimlər tərəfindən 2016-cı ilin aprel-may ayları ərzində layihə çərçivəsində tərtib olunmuş kurrikuluma uyğun olaraq şagirdlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
Şagirdlər (50 şagird) üçün təlimlər 5 nömrəli Bakı peşə liseyində keçiriləcək iki həftə nəzəri təlim və daha sonra Bakıda yerləşən otellərdə 6 həftəlik təcrübəyə əsaslanan təlimlərdən ibarət ümumilikdə 8 həftəlik təlim proqramında iştirak edəcəklər.
Pilot layihənin davamı olaraq 2016-2017-ci tədris ilində 5 nömrəli Bakı Peşə Liseyində bir illik Mehmanxana İnzibatçısı ixtisası üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı tədris edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, British Council Birləşmiş Krallığın mədəniyyət və təhsil məsələləri üzrə beynəlxalq təşkilatıdır.
British Council 109 ölkədə fəaliyyət göstərir. Təşkilat Britaniya əhalisi və başqa xalqlar arasında qarşılıqlı anlaşmanın və münasibətlərin qurulması və digər ölkələrdə Birləşmiş Krallıq ideya və nailiyyətlərinin tanınması istiqamətində çalışır. British Council bərabər imkanlar siyasətini rəhbər tutur.
Modern.az