Milli Məclisin Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik edilməsi haqqında məsələ müzakirə olunub.
Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 7.6 (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir) maddəsi ləğv olunur.Həmçinin qanunun 5.3.(Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər) maddəsi də ləğv ediləcək.
Ağa AKİFOĞLU