Modern.az

İqtisadçı mübahisələrə aydınlıq gətirdi

İqtisadçı mübahisələrə aydınlıq gətirdi

Təhsil

3 Mart 2016, 14:25

İqtisadçı Rövşən Ağayev dünəndən bəri ciddi mübahisəyə səbəb olan bəzi ərzaq məhsullarının nümunəsində gömrükdə malların dəyərinin azaldılması faktları ilə bağlı açıqlama verib.

Modern.az saytı xəbər verir ki, ekspert açıqlamasında məsələ ilə bağlı yaranmış mübahisəni doğru saymayıb. Bununla belə, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarında qeyri-dəqiqliyə yol verildiyi aydın görünür: O qeyd edib ki, Azərbaycan Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana 080212 əmtəə kodu ilə (qabığı təmizlənmiş badam) 218.2 ton idxal qeydə alınıb və idxal dəyəri 98.4 min dollar olub:

“Yəni, hər kiloqram üçün 35 qəpik. Lakin məsələn, Türkiyə gömrük orqanının təqdim etdiyi məlumata görə, 2014-cü ildə bu ölkədən Azərbaycana 080212 əmtəə kodu ilə 635.2 ton çəkidə və 6.9 milyon dollar dəyərində mal ixrac edilib.

Yəni, hər kiloqram üçün təxminən 10 dollar (o zamankı məzənnə ilə 7.8 manat)”. R.Ağayev fikirlərini əsaslandırmaq üçün daha bir misal göstərib: “Azərbaycan Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana 080620 əmtəə kodu ilə (qurudulmuş üzüm) 588.9 ton idxal qeydə alınıb və idxal dəyəri 283.4 min dollar olub. Yəni, hər kq üçün 37 qəpik. 

Halbuki, Türkiyə gömrük orqanının comtrade-ə təqdim etdiyi məlumata görə, 2014-cü ildə bu ölkədən Azərbaycana 080620 əmtəə kodu ilə 24.6 ton çəkidə və 55.9 min dollar dəyərində mal ixrac edilib. Yəni, hər kiloqram üçün təxminən 2.2 dollar (o zamankı məzənnə ilə 1.8 manat)”.  

Gülşən RAUFQIZI

 
Twitter
Sizə yeni tvit var
Keçid et