Modern.az

TÜRKSOY İlham Əliyevin təklif etdiyi fondu yaradır

TÜRKSOY İlham Əliyevin təklif etdiyi fondu yaradır

Mədəni̇yyət

23 Dekabr 2010, 14:29

Azərbaycan prezidenti İlham Əliyev hələ 2009-ci ilin oktyabrda Naxçıvanda keçirilən zirvə toplantısında TÜRKSOY-un maliyyə fondunun yaradılmasını təklif etmiş və Azərbaycanın bu işə gərəkən dətəyi verəcəyini bildirmişdi.
”TÜRKSOY-un maliyyə fondunun yaradılması ilə bağlı müzakirələr yekunlaşıb”. Bu açıqlamanı Modern.az-ın əməkdaşına Ankarada  TÜRKSOY-un baş katibi Dusen Kasenov verib. O bildirib ki, dövlətlərin rəsmi qərarından sonra fond yaradılacaq. Bundan sonra fonda illik hansı dövlətin nə qədər  maliyyə köçürəcəyi bilinəcək.

D.Kasenov yaranacaq fondun Turk Dünyasında tarixi abidələrin bərpasına və mədəni irsin qorunmasına xidmət edəcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok