İki gün öncə Prezident Adminstrasiyasındakı vəzifəsindən azad edilmiş general-leytenant Məhərrəm Əliyev bu gün ədliyyə nazirinin müavini təyin edilib.
Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu haqda iyunun 5-də müfaviq sərəncam imzalayıb.
Məhərrəm Əliyev bu təyinatadək Prezident Adminstrasiyasında Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
General Məhərrəm Abış oğlu Əliyev 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub.
1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib.
Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb.
1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.
2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Modern.az