Modern.az

Ermənilər Xankəndindən QAÇIR

Ermənilər Xankəndindən QAÇIR

Ölkə

29 Sentyabr 2020, 13:00

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarından sonra Qarabağ erməniləri kütləvi şəkildə regionu tərk edir.     

 

Modern.az Rusiyanın “İzvestiya” qəzetinin yerli müxbirinə istinadən xəbər verir ki, hazırda Xankəndindən dinc əhalinin Ermənistan köçürülməsi prosesi başlanıb. Onlar avotbus və avotomobillərlə Yerevana göndərilir.

 

“Bizi Yerevana göndərirlər. Orada nə tanışımız, nə qohumumuz var. Amma bizi qarşılayacaqlarını və Ermənistan hökumətinin bizi sığınacaqlara yerləşdirəcəyi söylənilib”-deyə Xankəndi şəhərini tərk edən sakinlərdən biri söyləyib.

 

Köç prosesinin miqyası böyük olduğu üçün bəzi ermənilər polis maşınları vasitəilə yola salınır. Yaxın günlərdə cəbhədə erməni qüvvələrinin uğursuzluqlarının davam edəcəyi halda, Xankəndi şəhərinin tamamilə boşaldılması gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı