Modern.az

Bayramovla Mirzoyan arasında ikitərəfli görüş BAŞLADI - VİDEO

Bayramovla Mirzoyan arasında ikitərəfli görüş BAŞLADI - VİDEO

Ölkə

10 May 2024, 15:30

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb.

 

Modern.az xəbər verir ki, görüş Qazaxıstanın Almatı şəhərində keçirilir.

 

Qeyd edək ki, ikitərəfli görüşdən daha əvvəl Qazaxıstan xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

 

***

14:14

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb.

 

Modern.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən görüşdə “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlar aparılır.

 

İkitərəfli danışıqlardan əvvəl Qazaxıstan xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

 

Qeyd edək ki, Qazaxıstan tərəfi vasitəçi deyil.

1346425

 

***

08:24

 

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

 

Modern.az xəbərinə görə, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.

 

Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ