Milli Məclisin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası başa çatıb.
Modern.az xəbər verir ki, 52 məsələnin müzakirə olunduğu iclasın yekununda Milli Məclis adından Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edilib.
Sonda Azərbaycanın Dövlət Himni səsləndirilib.
Beləliklə, deputatlar bu gündən tətilə çıxıblar. Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar.