Modern.az

Biz Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzurda... - Deputat

Biz Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzurda... - Deputat

Parlament

15 Mart 2024, 12:06

“Ermənistanla kommunikasiyalar ötən il də açılmadı. Azərbaycan Şərqi Zəngəzur yollarının tikintisini başa çatdırır. Biz Ermənistana  müraciət etməliyik ki, Qərbi Zəngəzurda  quru və dəmir yollarını da ölkəmiz çəkməyə hazırdır”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsində İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib.


“O şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rusum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək. Diplomatik münasibətləri olmayan iki ölkə arasında bu ilk körpü olar.


Ölkəmiz bərpaolunan enerjiyə keçiddə yüksək siyasi iradə göstərir. Ona görə də prezident bəyan edir ki, dünyada əksər neft şirkətləri təyinatlarını dəyişib çoxprofilli enerji kompaniyaları olur. Hökumət ötən il Yaşıl Azərbaycan siyasətini bir mərkəzdən idarə etmək üçün SOCAR-ı genişləndirib onu Yaşıl Enerji Şirkətinə çevirə bilər. O zaman peşəkar mütəxəssis hazırlığı və iqtisadiyyatda 276 ildir hökmranlıq edən neftin hakimiyyəti zəifləyər”, - deyə komitə sədri qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok